Saxta içki qalmaqalı ilə gündəmə gələn Aqşin Fateh efirə qadağa siyahısında? – İddialar artır
Bir neçə gün öncə adı daha çox qalmaqallı xəbərlərdə hallanan müğənni Aqşin Fateh yenidən müzakirə obyektinə çevrilib.
Xüsusi.Tv xəbər verir ki, sosial şəbəkələrdə yayılan iddialara görə, sənətçinin adı efirə çıxışı məhdudlaşdırılan şəxslər siyahısında hallanır. Hələlik bu barədə rəsmi qurumlar tərəfindən hər hansı açıqlama verilməsə də, iddialar ictimaiyyətdə ciddi rezonans doğurub.
Xatırladaq ki, bir müddət əvvəl Aqşin Fatehin adı xüsusilə By Fateh Restoranı ilə bağlı yayılan qalmaqallı məlumatlarda çəkilmişdi. Sosial mediada yayılan paylaşımlarda restoranda müştərilərə saxta içki təqdim edilməsi ilə bağlı ittihamlar səsləndirilmiş, məsələ geniş müzakirələrə səbəb olmuşdu. Lakin bu iddialarla bağlı da rəsmi təsdiq və ya məhkəmə qərarı açıqlanmayıb.
Bununla yanaşı, müğənninin adı müxtəlif vaxtlarda fərqli qalmaqallarda hallanıb və sosial şəbəkələrdə onun fəaliyyəti ilə bağlı sərt tənqidlər səsləndirilib. İndi isə efir qadağası iddiası sənətçinin karyerası ilə bağlı yeni suallar doğurur.
Hazırda məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək mümkün olmayıb. Rəsmi açıqlama veriləcəyi təqdirdə əlavə məlumat təqdim ediləcək.
Mövzu diqqətimizdədir.




