Bir zamanlar sosial şəbəkələrdə böyük izləyici kütləsi toplayan tanınmış TikToker Nuray Muxtarovanın yol-nəqliyyat hadisəsi keçirdiyi iddia olunur.
Xüsusi.Tv-nin əldə etdiyi məlumata görə, Nuray Muxtarovanın idarə etdiyi “Şevrolet” markalı avtomobil şəhər ərazisində yerləşən kəsişmələrin birində digər minik avtomobili ilə toqquşub. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik açıqlanmayıb.
Qəza nəticəsində xəsarət aldığı bildirilən Nuray Muxtarova təcili tibbi yardım briqadası vasitəsilə Kliniki Tibbi Mərkəz-ə çatdırılıb. Onun səhhəti ilə bağlı rəsmi məlumat verilməyib.
Xüsusi.Tv olaraq mövzunu diqqətdə saxlayırıq.




