Elman Nəsirovun kürəkəninin “Azərişıq”da sürətli yüksəlişi müzakirə doğurdu

Son günlər sosial şəbəkələrdə millət vəkili Elman Nəsirovun qızı Laləzar Əliyevanın (Nəsirova) atasına dair səsləndirdiyi fikirlər cəmiyyətdə ciddi müzakirələrə səbəb olub.
Laləzar Əliyevanın açıqlamalarında diqqət çəkən məqamlardan biri də onun həyat yoldaşının Elman Nəsirov tərəfindən “Azərişıq” ASC-yə işə düzəldilməsi iddiasıdır. Onun sözlərinə görə, həyat yoldaşı əvvəlcə müəssisədə mühafizəçi, daha sonra isə nəzarətçi mühəndis vəzifəsində çalışıb.
İctimai diqqəti çəkən əsas məqam isə budur: ölkədə onlarla işsiz, ali təhsilli gənc olduğu halda, millət vəkilinin kürəkəninin qısa müddətdə belə bir yüksəliş əldə etməsi suallar doğurur.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir