Abşeronda güclü yanğın məhdudlaşdırıldı

Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində anbarda baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb.

Fövqəladə Hallar Nazirliyindən “Report”a verilən məlumata görə, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir.

10:03

Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində anbarda yanğın başlayıb.

Xüsusi.Tv xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.

Xüsusi.Tv-yə daxil olan məlumata görə, yanğın baş verən anbar AZMDF MMC-yə məxsusdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir