Ağ şəhərdə bahalı avtomobillər toqquşdu

Xətai rayonu ərazisində – Ağ Şəhərdə zəncirvari yol qəzası baş verib.

Xüsusi.tv xəbər verir ki, “OUD Baku” restoranının qarşısında 7 avtomobil toqquşub. Nəticədə, “Porsche”, “Range Rover”, 2 ədəd “BMW” və digər markalı avtomobillərə ciddi zərər dəyib.

Bildirilib ki, hadisəyə idarəetmədən çıxan avtomobillərdən biri səbəb olub.

Qəzada xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

***

Ötən gecə Xətai rayonu Ağ Şəhər kompleksi 3-cü Şərq küçəsində saat 23:30 radələrində baş vermiş hadisə nəticəsində “Ronge Rover”, “Porsche”, “Mercedes”, “BYD”, “Audi”, “Hyundai” və “BMW” markalı avtomobillərə zərər dəyməsi müəyyənləşib./qafqazinfo

https://bax.tv/hadise-ve-olaylar/ag-seherde-zencirvari-qeza-226163?utm_source=playerBaxTV&utm_medium=context_menu&utm_campaign=organic

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir