Avqustun ilk yarısında 11 504 uşağa 15 893 peyvənd tətbiq olunub

TƏBİB tərəfindən təsdiq edilmiş İmmunizasiya üzrə Tədbirlər Planı çərçivəsində ölkə üzrə 1–15 avqust tarixlərində 11 504 uşağa ümumilikdə 15 893 peyvənd tətbiq olunub.

Bu barədə “Xüsusi.tv”-ə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, plan çərçivəsində ilkin səhiyyə müəssisələrində uşaqların immunizasiya statusunun qiymətləndirilməsi, peyvənddən kənarda qalmış və natamam immunizasiyalı uşaqların müəyyənləşdirilməsi, valideynlərin maarifləndirilməsi və uşaqların yaşına uyğun peyvəndlərlə immunizasiyasının tamamlanması istiqamətində tədbirlər həyata keçirilir.

Qeyd edək ki, immunizasiya prosesinə cəlb olunan tibb işçilərinin bilik və bacarıqlarının artırılması məqsədilə 15–31 iyul tarixlərində keçirilən təlimlərdə 1 435 tibb işçisi iştirak edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir