Avtobus qəzaya uğradı 12 nəfər həlak oldu,10 nəfər ağır xəsarət aldı

Macarıstanda avtobusun qəzaya uğraması nəticəsində 12 nəfər həlak olub, azı 10 nəfər ağır yaralanıb.

Bu barədə Macarıstanın Baş naziri Peter Madyar özünün “Facebook” səhifəsində məlumat paylaşıb.

“Avqustun 16-sı gecə saatlarında “M3″ avtomagistralı ilə Niredqaza istiqamətində hərəkət edən Polşa nömrəli avtobus qəflətən yoldan çıxaraq xəndəyə düşüb və aşıb”, – məlumatda bildirilib.

Macarıstan polisinin ilkin məlumatına görə, sükan arxasında yuxuya gedən avtobus sürücüsü saxlanılıb. Dəqiqləşdirilib ki, turist avtobusunda 57 sərnişin və iki sürücü olub. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Hazırda qəza yerində xilasetmə işləri aparılır və qəzanın başvermə səbəbi araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir