Avqustun 13-ü polis əməkdaşları tərəfindən 62 cinayətin açılması təmin edilib. Eyni zamanda 5 tüfəng və 40 ədəd müxtəlif çaplı patron aşkarlanaraq götürülüb.62 cinayətin açılması təmin olunub (52-si cari, 10-u əvvəlki dövrlərdən).130 axtarışda olan şəxs saxlanılıb (102-si borclu şəxs).44 cinayət törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.4 itkin kimi axtarılan şəxs tapılıb.21 narkotik, 4 qanunsuz silah-sursat faktı aşkarlanıb.
Dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılıb.
52,5 kq-a yaxın narkotik vasitə və 42 ədəd metadon həbi aşkarlanaraq götürülüb.

