Azərbaycan və Gürcüstan kibertəhlükəsizlik üzrə təcrübə mübadiləsini müzakirə edib

Azərbaycan və Gürcüstan arasında kibertəhlükəsizlik sahəsində təcrübə mübadiləsi müzakirə edilib.

“Xüsusi.tv” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Milli Kibertəhlükəsizlik Agentliyinə (MKA) istinadən xəbər verir ki, müzakirələr MKA ilə Gürcüstan Ədliyyə Nazirliyi yanında Rəqəmsal İdarəetmə Agentliyinin nümayəndələri arasındakı onlayn görüşdə baş tutub.

Tərəflər əməkdaşlığın inkişaf etdirilməsi və potensial əməkdaşlıq istiqamətləri, MISP-ə (Kibertəhdid məlumatlarının mübadiləsi platforması) qoşulma, birgə təlimlərin təşkili və təcrübə mübadiləsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Görüş çərçivəsində kibertəhlükəsizlik və rəqəmsal idarəetmə sahəsində təcrübə və biliklərin paylaşılmasının hər iki qurum arasında əməkdaşlığın daha da inkişafına töhfə verəcəyi vurğulanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir