Azərbaycanda 18 yaşadək ana olanların sayı açıqlanıb

Azərbaycanda 18 yaşadək uşaq dünyaya gətirən qadınların sayı azalıb.

Xüsusi.tv bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd edilib ki, 2025-ci ildə 18 yaşı olmayan 877 qadın ana olub.

Bu göstərici 2024-cü ildə 1 279 nəfər təşkil edib.

Beləliklə, bir il ərzində 18 yaşadək ana olan qadınların sayı 402 nəfər azalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir