Bakıda ağac qaz borusunun üzərinə aşdı, avtomobil yararsız hala düşdü

Bakı şəhərinin Suraxanı rayonunda ağac aşıb.

Xüsusi.tv xəbər verir ki, qeyri-sabit hava şəraiti nəticəsində ağac qaz borusunun üzərinə düşüb.

Boru isə “Geely Monjaro” markalı avtomobilin üstünə aşıb. Nəticədə nəqliyyat vasitəsi yararsız hala düşüb.