İmişli rayonunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 1 nəfər şəxs (kişi) bu gün saat 11:40-da İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
“Ona bədənin müxtəlif nahiyələrinin əzilməsi diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən 1981-ci il təvəllüdlü pasiyentin müalicəsi hazırda Təcili yardım şöbəsində davam etdirilir”.




