“Beauty Derm” Estetik Mərkəzində pasiyentlərə Esmira İbrahimli tərəfindən edilən qüsurlu əməliyyatlar nə zaman dayandırılacaq?

“Beauty Derm” Estetik Mərkəzində pasiyentlərə Esmira İbrahimli tərəfindən edilən qüsurlu əməliyyatlar nə zaman dayandırılacaq?

Qulağının yarısı kəsilib, üzü iflic olub, kəllə beyin travması alıb, 5 aydır şiddətli ağrılardan əziyyət çəkir.

Uğursuz estetik əməliyyatın qurbanı olduğunu iddia edən Gülnarə Həmidova deyir ki, tik-tok sosial sosial platformasında qarşısına çıxan “Beauty Derm” Estetik Mərkəzinə və özünü plastik-estetik cərrah kimi təqdim edən Esmira İbrahimovaya müraciət edib.
“Beauty Derm” Estetik Mərkəzində pasiyentlərə Esmira İbrahimli tərəfindən edilən qüsurlu əməliyyatlar nə zaman dayandırılacaq? -VİDEO

Üzgərmə əməliyyatı üçün müraciət etdiyi klinikadan evinə iflic vəziyyətində dönüb.
O iddia edir ki, bu əməliyyat üçün “Beauty Derm” Estetik Mərkəzinə 2000 min manat pul ödəyib. İlk estetik əməliyyatdan sonra evə gələndə səhhəti qəflətən pisləşir. Evdə yıxılaraq huşunu itirdiyini iddia edən Gülnarə Həmidova Esmira İbrahimovaya zəng etsə də dəstəyi qaldıran olmur.
Əfsanə Yusifova və Fərqanə Xasməmmədova da iddia edir ki, dodağına vurulan süni gelin çıxarılması məqsədi ilə özünü plastik-estetik cərrah kimi təqdim edən Esmira İbrahimovaya müraciət edib . Əməliyyatdan sonra hər iki pasiyentin dodaq nahiyyəsində əyilmə yaranıb, tikiş işlərinin çapığı ciddi iz qoyub.

Qeyd edək ki, bir neçə müddət öncədə “Beauty Derm” Estetik Mərkəzinə və özünü plastik-estetik cərrah kimi təqdim edən Esmira İbrahimli ilə bağlı şikayətlər yayımlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir