Bakıda fəaliyyət göstərən “Beautytime” gözəllik salonu haqda sosial şəbəkələrdə ciddi şikayətlər yayılıb. Salona lazer proseduru üçün gedən bir xanım, üzünün yandırıldığını iddia edərək salonu məsuliyyətsizlikdə və qəbahətli laqeydlikdə günahlandırıb.
Xüsusi.Tv xəbər verir ki, zərərçəkən qadın paylaşımında belə yazıb:“İllərdir lazerə gedirəm, amma bu dəfə dedim, ‘adlı salon olar, məsuliyyətli yanaşarlar’. Amma nəticə? Üzüm yandı! Hətta o qədər vecsiz yanaşırlar ki, müştəriyə. Lazerə kampaniya qoyublar, pul naminə kim gəldi, yola verirlər işlərini.
”Hadisə bir daha göstərir ki, bəzi “adlı” salonlar yalnız görüntü və reklam üçün çalışır, lakin peşəkarlıqdan və insan sağlamlığından əsər-əlamət yoxdur. Müştərilərin sağlamlığı risk altındadır, personal isə təhlükəsizlik qaydalarına göz yumur.
Məlumata görə, salonun müdiri Könül Həmzəyeva adlı iş xanımıdır. İddialara baxmayaraq, o, hələ də hadisə ilə bağlı heç bir açıqlama verməyib.
İctimaiyyətdə haqlı narazılıq yaranıb – vətəndaşlar “Beautytime” salonunu dərhal cəzalandırmağa, məsuliyyətə cəlb etməyə çağırırlar.
Sosial şəbəkələrdə onlarla insan eyni salondan narazı olduqlarını bildirərək, “pullarını alırlar, amma nəticə fəlakət olur” deyə yazıblar.






