Beyləqanda qəzada bir nəfər ölüb

Sentyabrın 14-də gecə saatlarında Beyləqan rayonu ərazisində “Lexus” və “BMW” markalı avtomobillərin toqquşması ilə nəticələnən yol-nəqliyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, “BMW” markalı avtomobildə olan Rəşad Hacıyev həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir