Əməkdar incəsənət xadimi Baba Vəziroğlunun doğum günüdür.

Bu gün Əməkdar incəsənət xadimi Baba Vəziroğlunun doğum günüdür.

Xüsusi.Tv xəbər  verir ki, onun 71 yaşı tamam olur.

Bu barədə şair instaqram hesabında paylaşım edib. O “Bu gün ad günümdür, adi günümdür…” sözlərini qeyd edib.

Xatırladaq ki, Baba Vəzir oğlu Məsimov 1954-cü ildə İsmayıllıda doğulub.

O yaradıcılığa “Bir yaz axşamı”, “Maqazinçi Dadaş” hekayələri ilə başlayıb.

Əməkdar incəsənət xadimi 2020-ci ildə “Şöhrət” ordeni ilə təltif edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir