Füzuli rayonunun Aşağı Kürdmahmudlu kəndində Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 32 il sonra tapılan Sumbat Nüdrət oğlu Əliyevlə vida mərasimi keçirilib.
Xüsusi.Tv “Report”a istinadən xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, rayonun rəsmi şəxsləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Vida mərasiminin ardından Sumbat Əliyev dəfn edilib. Şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşinin qalıqları Füzuli rayonunun Aşağı Kürdmahmudlu kənd qəbiristanlığında torpağa tapşırılıb.
S.Əliyev 1966-cı il fevralın 5-də anadan olub. 1993-cü ilin aprelin 2-də Füzuli rayonunun Qacar kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb. Onun nəşinin qalıqları Xocavənd rayonunun Zoğalbulaq kəndində tapılıb.
Şəhidin nəşinin qalıqları Aşağı Kürdmahmudlu kənd qəbiristanlığında dəfn olunacaq.




