Gədəbəydə kişi qayalıqdan yıxılıb öldü

Gədəbəy sakini bədbəxt hadisə nəticəsində vəfat edib.

Xüsusi.Tv “Qafqazinfo”ya istinadən xəbər verir ki, 1970-ci il təvəllüdlü Yaqub Yolçuyev qayalıq ərazidən yıxılaraq ölüb.

O, yaxınlıqdakı insanların yardımı ilə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırma başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir