“Rusiya iqtisadi cəhətdən tükənməlidir” – Almaniya kansleri

“Putin hərbi cinayətkardır. Rusiya iqtisadi cəhətdən tükənməlidir”

Xüsusi.Tv xəbər verir ki, bu fikirləri Almaniya kansleri Fridrix Mertz “Newstime”a açıqlamasında səsləndirib.

Kansler qeyd edib ki, Putinin atəşkəsə razılıq verməsi üçün heç bir səbəb yoxdur. O Qərbi Rusiyaya etibar etməməyi və Kremlə qarşı daha qətiyyətli mövqe sərgiləməyə çağırıb. Onun sözlərinə görə, Rusiyaya təsir göstərməyin yeganə real vasitəsi iqtisadi təzyiqin edilməsidir:

“Biz Rusiyanın müharibə iqtisadiyyatını davam etdirməsinə imkan verməməliyik. Məqsəd Rusiyanın iqtisadi cəhətdən tükənməsidir və biz buna öz töhfəmizi verməliyik”, – deyə o əlavə edib.

Mertz həmçinin vurğulayıb ki, hazırda Putin nə atəşkəsə, nə də sülh danışıqlarına hazırdır. Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət hələ də Rusiya ilə ticarəti davam etdirənlərə qarşı sanksiyalar və tariflər vasitəsilə təzyiq göstərməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir