Hindistanda qeyri-adi festival: İnsanlar bərəkət və sağlamlıq üçün inəklərin altına uzanırlar

Hindistanda keçirilən qeyri-adi festival zamanı insanlar bərəkət və sağlamlıq əldə etmək inancı ilə maraqlı ritual həyata keçiriblər.

Türkiyə mediasının məlumatına görə, Madhya Pradesh ştatının Dasai kəndində təşkil olunan “Gaay Gohari” festivalında hindular yerə üzüstə uzanaraq bəzədilmiş inək və camışların onların üzərindən keçməsinə icazə veriblər.

İştirakçılar bu ritualın onlara bərəkət və sağlamlıq gətirəcəyinə inanırlar.

Festival çərçivəsində heyvanlar xüsusi bəzəklərlə bəzədilir, insanlar isə dini inanclarına uyğun olaraq mərasimdə iştirak edirlər.

Qeyd edək ki, bu ənənə yerli dini inanclar və mərasimlərlə bağlıdır. Festival sosial şəbəkələrdə yayılan görüntülərdən sonra diqqət çəkib.