İlham Əliyev Avstraliyanın general-qubernatorunu təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Avstraliyanın general-qubernatoru Samanta Mostinə təbrik məktubu ünvanlayıb.

Xüsusi.Tv – nın  məlumatına görə, təbrikdə deyilir:

“Hörmətli xanım General-Qubernator,

Avstraliya İttifaqının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

İnanıram ki, Azərbaycan ilə Avstraliya arasında münasibətlərin xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq ruhunda inkişafı, qarşılıqlı faydalı əməkdaşlığımızın davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Avstraliya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir