Dələduzluqda ittiham olunan, tanınmış müğənni İlhamə Quliyevanın bacısı qızı kimi təqdim edilən Nigar Həsənova ilə bağlı mühüm qərar verilib.
Bu barədə Xüsusi.Tv-yə vəkil İlqar Rüstəmov açıqlama yayıb. Bildirilib ki, Xətai Rayon Məhkəməsinin 10 fevral 2026-cı il tarixli qərarı ilə Nigar Həsənova barəsində 3 ay 17 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdi.
Lakin müdafiə tərəfinin verdiyi apelyasiya şikayətinə baxılıb və şikayət təmin edilib. Nəticədə həbs qətimkan tədbiri ləğv olunub və Nigar Həsənova məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, iş üzrə araşdırmalar davam edir. Rəsmi qurumların mövqeyi və istintaqın gedişi ilə bağlı əlavə məlumat olduqda ictimaiyyətə təqdim ediləcək.
Xüsusi.Tv olaraq mövzunu diqqətdə saxlayırıq.




