“Meta” şirkətinə məxsus “Instagram” Böyük Britaniyada 18 yaşdan aşağı istifadəçilərin yaşlarını yanlış göstərməsinin qarşısını almaq üçün süni intellekt texnologiyasından istifadə etməyə başlayıb.
Xüsusi.Tv xarici KİV-ə istinadən xəbər verir ki, sistem istifadəçilərin fotoşəkillərindəki üz cizgilərini təhlil edərək 18 yaşdan kiçik olduğu ehtimal olunanları “Gənc Hesab” kimi qeyd edəcək.
Yeni xüsusiyyət ilə yeniyetmələrin hesabları avtomatik olaraq gizli olacaq və onlara yalnız izlədikləri insanlardan mesajlar almağa imkan veriləcək.
Valideynlər həmçinin övladlarının mesajlaşmalarını izləyə, ekran vaxtına məhdudiyyət qoya və proqramları bloklaya biləcəklər.
“Instagram AI” artıq ABŞ-də istifadə olunur və yaxın vaxtlarda Kanada və Avstraliyada tətbiq ediləcək.




