Kəndə hücum zamanı 25 nəfər öldürüldü

Nigeriyanın mərkəzindəki Plato ştatında kəndə gecə saatlarında hücum nəticəsində ən azı 25 nəfər həlak olub.

“Xüsusi.tv” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə yerli rəsmilər və sakinlər məlumat veriblər.

Yerli sakin Amos Conun sözlərinə görə, hücum edənlər ev-ev gəzərək sakinləri maçete ilə öldürüblər.

O, ölənlərin əksəriyyətinin qadınlar və uşaqlar olduğunu bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir