Laçında “istirahət kabusu”: “ABDALLAR hotelində” antisanitariya baş alıb gedir. – ARAŞDIRMA !

Xüsusi.Tv xəbər verir ki, avqustun 8-də jurnalist Xəyal Süleymanovun Laçın rayonuna səfəri gözlənildiyinin əksinə olaraq narazılıq və məyusluqla nəticələnib. O, “Abdallar” adlı hoteldə 3 nəfər üçün 100 AZN ödəyərək kotec rezerv edib.

Rezervasiya zamanı resepsionda bildirilib ki, qiymətə hovuzdan istifadə də daxildir. Lakin reallıq tam fərqli olub.Kotecin vəziyyəti bərbad olub — içəridə dəsmal olmayıb, yalnız müştərinin təkidindən sonra təmin edilib.

Yuxarı mərtəbədə cəmi iki nəfərlik matrasa yer ayrılıb, üçüncü şəxs isə aşağıda divanda yatmalı olub.Məsələ ilə bağlı Jurnalist Xəyal Süleymanov öz rəsmi “Tik-Tok” hesabında paylaşım edib.

Axşam hovuzdan istifadə etmək istəyən qonaqlara isə qeydiyyatçı tərəfindən “saat 20:00-dan sonra hovuz bağlıdır, təmizlik işləri aparılır” cavabı verilib. Xəyal Süleymanov bildirir ki, rezervasiya zamanı ona belə bir məhdudiyyət barədə heç bir məlumat verilməyib. Əksinə, çəkilən video görüntülərdə hovuzda qurbağa və digər həşəratların olması “təmizlik” iddialarını tamamilə şübhə altına alır.

“Bura bərbad haldadır, antisanitariya baş alıb gedir. Müştəriyə verilən sözlərlə reallıq arasında yerlə göy qədər fərq var,” – deyə Süleymanov sərt şəkildə vurğulayıb.

Hadisə ilə bağlı dərhal araşdırmaların aparılması və müştəri hüquqlarının qorunması üçün tədbirlər görülməsi tələb olunur. Bu kimi hallar Azərbaycanın turizm imicinə ciddi zərbə vurur.

Qarşı tərəfi dinləməyə hazırıq.

Video görüntünü izləmək üçün linkə daxil olun👇

https://www.instagram.com/reel/DNIwWadMqE0/?igsh=YTFkY3hxcTJ1a3A4

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir