Şaxtalı havalar Lada Vesta sahibləri üçün ciddi təhlükəyə çevrilib. Avtomobillərdə aşkar olunan texniki qüsur qış aylarında real yanğın riski yaradır.
Xüsusi.Tv xəbər verir ki, güclü soyuqlarda Lada Vesta avtomobillərinin bir qismində kapotun altında benzin sızması qeydə alınır.
Məlumata görə, temperatur təxminən –15 dərəcəyə düşdükdə yanacaq şlanqdan damcılayaraq mühərrikin müxtəlif hissələri, o cümlədən qızmış detallar üzərinə axır. Bu isə istənilən an alovlanma təhlükəsi yaradır.
Mütəxəssislərin sözlərinə görə, problemin əsas səbəbi soyuğun təsiri ilə rezin şlanqın bərkiməsi və birləşmə yerinin benzin buraxmağa başlamasıdır. Mühərrik tam qızdıqdan sonra sızmanın dayanması isə vəziyyəti daha da mürəkkəbləşdirir.
Bu səbəbdən bir çox servis mərkəzləri nasazlığı rəsmi şəkildə tanımır və detalın dəyişdirilməsindən imtina edir.
Nəticədə avtomobil sahibləri təhlükəli qüsuru öz hesablarına və fərdi şəkildə aradan qaldırmağa məcbur qalırlar.
Ekspertlər xəbərdarlıq edirlər ki, belə sızmalar vaxtında aradan qaldırılmasa, Lada Vesta qış şəraitində sözün əsl mənasında alışıb yana bilər.




