Masallıda kişi ağacdan yıxılaraq öldü

Masallı rayonunda 56 yaşlı kişi ehtiyatsızlıqdan ölüb.

Oxu.Az-ın məlumatına görə, avqustun 29-da rayonun Məmmədrzaküçə kəndində baş verib.

Kənd sakini, 1970-ci il təvəllüdlü Əşrəf Əşrəfov yaşadığı evin həyətindəki ağacları budayarkən qəfil qıcolma tutub. O, hadisə nəticəsində ağacdan yıxılıb. Ə.Əşrəfov hadisə yerində ölüb.

Faktla bağlı araşdırmalar aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir