Microsoft-un yeni hesabatına əsasən, İran Rusiya, Çin və Şimali Koreya ilə birlikdə süni intellekt (AI) texnologiyalarından istifadə etməklə kiberhücum imkanlarını sürətlə artırır.
Xüsusi.Tv xarici mediaya istinadla xəbər verir ki, şirkət bu texnologiyaların casusluq və dezinformasiya məqsədilə daha effektiv şəkildə tətbiq olunduğunu açıqlayıb.
Məlumata görə, 2025-ci ilin yalnız iyul ayında süni intellekt vasitəsilə saxta məzmun istehsal edən 200-dən çox xarici aktor qeydə alınıb. Bu göstərici 2024-cü illə müqayisədə iki dəfə, 2023-cü illə müqayisədə isə on dəfə artım deməkdir.
Hesabatda qeyd olunur ki, süni intellekt texnologiyaları elektron məktubların inandırıcı mətnlərə çevrilməsi, saxta rəqəmsal simaların yaradılması və hədəf yönümlü casusluq əməliyyatlarının həyata keçirilməsində əsas rol oynayır.
Microsoft həmçinin bildirib ki, İran süni intellektdən təkcə hərbi deyil, həm də siyasi və təbliğat məqsədləri üçün istifadə edir.




