Xüsusi.Tv xəbər verir ki, “Nilmonza” ləqəbi ilə tanınan Elsəvər Mürsəlli Gürcüstanda baş verən insident zamanı bıçaqlanıb.
Məlumata görə, hadisə Mehman Hüseynovla bağlı yaranmış gərginlik zəminində baş verib. Bildirilir ki, Elsəvər Mürsəlli çoxsaylı bıçaq xəsarətləri alıb.
Hadisənin hansı şəhərdə və hansı şəraitdə baş verdiyi barədə rəsmi məlumat hələlik açıqlanmayıb. Yerli hüquq-mühafizə orqanlarının faktla bağlı araşdırma apardığı qeyd olunur.
Elsəvər Mürsəllinin hazırkı sağlamlıq vəziyyəti ilə bağlı da rəsmi açıqlama verilməyib.
Məsələ ilə bağlı əlavə məlumat olduqca ictimaiyyətə təqdim ediləcək.




