Novxanı-Pirşağı yolunda ağır qəzaya düşən sürücülərin ADLARI AÇIQLANDI

Novxanı-Pirşağı yolunda baş verən yol-nəqliyyat hadisəsi bu gün saat 07:53-də qeydə alınıb.

Məlumat Xüsusi.tv-nin sorğusuna cavab olaq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) verilib.

Qeyd olunub ki, 2000-ci il təvəllüdlü Anar Hikmət oğlu Əlizadənin idarə etdiyi BYD markalı, 50-EC-353 dövlət nömrə nişanlı avtomobillə 1990-cı il təvəllüdlü Nərmin Xanbala qızı Qasımzadənin idarə etdiyi “Volkswagen Polo” markalı, 77-NM-511 dövlət nömrə nişanlı avtomobillər toqquşub.

Faktla bağlı araşdırma aparılır.