Polis motosiklet, velosiped və skuter sürücüləri ilə profilaktik tədbirləri davam etdirir

İkitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə polis əməkdaşları nəzarət və profilaktik tədbirləri gücləndirilmiş şəkildə davam etdirir.

Xüsusi.Tv yə DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, yol hərəkəti qaydalarını pozan, sürət həddini aşan, təhlükəli manevr edən, qırmızı işıqda keçən sürücülər müəyyən olunur, onlarla maarifləndirici söhbətlər aparılır.

*Sürücülərə qanunvericiliyin tələbləri izah olunur, qayda pozuntularının digər hərəkət iştirakçılarına yaratdığı təhlükələr diqqətə çatdırılır.*

Polis motosiklet, moped, skuter və velosiped sürücülərinə müraciət edərək diqqətə çatdırır ki, təhlükəsizlik şəxsi seçim deyil, ictimai məsuliyyətdir, hər kəs qaydalara əməl etməlidir.

https://youtu.be/7d8Z2BisU9Y?si=Wamf1olkDpAsR0tU

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir