Putin bunu edən ilk Rusiya lideri olacaq

Prezident Vladimir Putin Alyaskaya səfər edən ilk Rusiya lideri olacaq.

“Xüsusi.Tv” bu barədə “Ria Novosti”yə istinadən xəbər verir.

Qeyd olunur ki, indiyədək heç bir Rusiya Prezidenti bu ştata səfər etməyib.Məlumata görə, Putin və Tramp arasında avqustun 15-də Alyaskada görüş baş tutacaq.

Əlavə edək ki, Rusiya Prezidenti sonuncu dəfə 2015-ci ildə ABŞ-yə səfər edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir