Qazaxıstan səfirinin həyat yoldaşı Bakı Beynəlxalq Qadınlar Klubuna prezident seçilib

Bakı Beynəlxalq Qadınlar Klubuna (International Women”s Club Baku) yeni prezident seçilib.

Xüsusi xəbər verir ki, fevralın 1-dən bu vəzifəni Asemgül Bayel icra edəcək.

Asemgül Bayel Qazaxıstanın Azərbaycandakı səfirinin həyat yoldaşıdır.

Qeyd edək ki, Bakı Beynəlxalq Qadınlar Klubu otuz ildən artıq müddət əvvəl təsis edilib, müxtəlif ölkə və mədəniyyətləri təmsil edən qadınları dostluğun, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi, eləcə də xeyriyyə və sosial layihələrin dəstəklənməsi məqsədilə birləşdirən qeyri-kommersiya təşkilatıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir