Sosial şəbəkədə yayılan məclis görüntüləri müzakirə mövzusu oldu

Son günlər sosial şəbəkələrdə yayılan görüntülər ictimaiyyət arasında ciddi narazılıq doğurub. Özünü müğənni kimi təqdim edən Fərəh Samirə qızının məclis zamanı qeyri-etik ifadələr işlətməsi və daha sonra həmin anları şəxsi sosial şəbəkə hesabında paylaşması geniş tənqidlərə səbəb olub.

Xüsusi.Tv xəbər verir ki, sözügedən videolarda ifa zamanı səhnə mədəniyyətinə uyğun olmayan davranışlar, nalayiq ifadələr və ictimai əxlaq normalarına zidd hərəkətlər açıq şəkildə müşahidə edilir. Sosial şəbəkə istifadəçiləri bildirirlər ki, səs, sənət və səhnə performansı ilə seçilməyən şəxslərin bu cür davranışlarla gündəmə gəlməsi musiqi sahəsinə kölgə salır.

Məsələnin hüquqi tərəfinə gəlincə, Azərbaycan qanunvericiliyinə əsasən ictimai yerlərdə və ya kütləvi yayımlanan platformalarda əxlaqa zidd ifadələrin işlədilməsi inzibati məsuliyyət yarada bilər. Xüsusilə sosial şəbəkələrdə açıq formada paylaşılan və geniş auditoriyaya çatan görüntülər “İctimai qaydanın pozulması” və ya xırda xuliqanlıq kimi qiymətləndirilə bilən hallara səbəb ola bilər. Belə hallarda müvafiq qurumlar tərəfindən araşdırma aparılması və hüquqi qiymət verilməsi mümkündür.

Cəmiyyət nümayəndələri hesab edir ki, sənət adı altında etik çərçivələrin aşılması yolverilməzdir və bu kimi hallara qarşı ciddi tədbirlər görülməlidir.

Ümid edirik ki, hüquq-mühafizə orqanları məsələni diqqətdə saxlayacaq və qanunvericiliyə uyğun addımlar atılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir