Son zamanlar sosial şəbəkələrdə soyuq silahların satışı və alışı həyata keçirilir.
Xüsusi.Tv Xezerxeber.az-a istinadən xəbər verir ki, spiner, kəpənək, gerber, akula adlı müxtəlif bıçaqlar, knopka dubinka və beşbarmaq kimi soyuq silahlar satışdadır.
Heç bir sənəd tələb etməyən şəxslər hətta çatdırlmanın da mümkün olduğunu bildirirlər. Qiymətlər isə böyüklüyünə və bəzəyinə görə dəyişir.
Xatırladaq ki, qanunsuz olaraq soyuq silahı satma, gəzdirmə Cinayət Məcəlləsinin 228.5 maddəsinə əsasən cinayət tərkibi yaradır və cinayət məsuliyyətinə səbəb olur.
Qeyd edək ki, Samux rayonunda polis əməkdaşları şalvarının kəmərinə bıçaq taxaraq hərəkət edən şəxsi saxlayıb. Samux Rayon Məhkəməsinin qərarı ilə o, 8 sutkalıq həbs edilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.




