Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi Sülh Şurasının ilk iclası başa çatıb.
Xüsusi.Tv xəbər verir ki, iclasın yekunda ABŞ Prezidenti Donald Tramp Sülh Şurasının prinsiplərini və maliyyə hesabatlılığını müəyyən edən qətnaməni imzalayıb. O, Sülh Şurasının sədri kimi şuranın yekun sənədini təsdiqləyib.
Şuranın üzvləri isə qurumun fəaliyyətini təmin edəcək maliyyə bütövlüyü və şəffaflıq prinsiplərini əks etdirən qətnaməyə səs veriblər. Qətnamə yekdilliklə qəbul olunub.
Təxminən üç saat davam edən tədbirdə onlarla iştirakçı ölkələrin nümayəndələri iştirak edib.
Qeyd edək ki, Donald Tramp Sülh Şurasına 10 milyard dollar ayrıldığını, lakin bu məbləğin müharibə xərcləri ilə müqayisədə az olduğunu bildirib. O, həmçinin digər üzv ölkələrin ümumilikdə təxminən 7 milyard dollar ianə etdiyini açıqlayıb.
Həmin ölkələr bunlardır:
Azərbaycan,
Qazaxıstan,
Özbəkistan,
Küveyt,
Birləşmiş Ərəb Əmirlikləri,
Səudiyyə Ərəbistanı,
Qətər,
Bəhreyn,
Mərakeş.
Tramp, həmçinin bir neçə ölkənin Qəzzada sabitliyin təmin olunması məqsədilə qoşun və polis qüvvələri göndərməyə öhdəlik götürdüyünü də bildirib.




