Sumqayıt şəhərində quldurluq edən şəxs həbs olunub.

Sumqayıt şəhərində quldurluq edən şəxs saxlanılıb

Sumqayıt şəhərində quldurluq hadisəsi baş verib. İyulun 8-də naməlum şəxs 63 yaşlı qadının 6000 manatını fiziki zor tətbiq edərək talayıb.

Daxil olmuş müraciət əsasında Sumqayıt ŞPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 26 yaşlı V.Cavadov saxlanılıb.

Araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir