Sumqayıtda avtomobil qaçıran şəxs saxlanılıb

Sumqayıtda şəhər sakinlərindən birinə məxsus avtomobil qaçırılıb. Zərərçəkən polisə müraciət edərək gecə saatlarında “Volkswagen” markalı nəqliyyat vasitəsinin qaçırıldığı barədə polisə məlumat verib. Həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən E.Bəbirov müəyyən edilərək saxlanılıb, avtomobil sahibinə qaytarılıb.
Araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir