Tarix Əliyev: “Verlişim bağlanmayıb, sabah efirdəyəm”

Tarix Əliyev: “Verilişim bağlanmayıb, sabah efirdəyəm”

Xüsusi.Tv xəbər verir ki, sosial şəbəkələrdə Tarix Əliyevin (Tolik) aparıcısı olduğu proqramın bağlanması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib.

Xüsusi.Tv-nin baş redaktoru Asim Abdullayev məsələ ilə bağlı aparıcı ilə əlaqə saxlayıb. Tarix Əliyev bildirib ki, verilişinin bağlanması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.

“Verilişim bağlanmayıb. Sabah efirdəyəm. Mən yatıram, saat 7-də duracam”, – deyə o qeyd edib.

Qeyd edək ki, sosial mediada aparıcının Space TV-də yayımlanan “Tarixin bir günü” proqramının dayandırıldığı iddia edilirdi.

Mövzu ilə bağlı rəsmi qurumlardan əlavə açıqlama olarsa, məlumat təqdim ediləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir