Valideynlərin etirazı: 182 saylı məktəb üfunət və baxımsızlıq içindədir

Binəqədi kəndində yerləşən 182 saylı məktəbin valideynləri “Azərbaycan Reallığı”na müraciət edərək təhsil ocağında hökm sürən acınacaqlı vəziyyətlə bağlı şikayət ediblər. Onların sözlərinə görə, məktəbin direktor əvəzedicisi İlhamə Quliyeva idarəçiliyi dövründə məktəb baxımsız hala düşüb.
Valideynlərin göndərdiyi video kadrlardan görünür ki, məktəbdə ciddi antisanitariya hökm sürür. Sanitar qovşaqlarının işləməməsi səbəbindən şagirdlər dərs vaxtı ağır vəziyyətə düşürlər. Dərs prosesində üfunət iyi bütün məktəbi bürüyür, sinif otaqlarında qalmaq çətinləşir.
Şagirdlərin sağlamlığını və tədris mühitini təhlükə altına alan bu vəziyyət valideynlərin ciddi narazılığına səbəb olub. Onlar aidiyyəti qurumlardan problemin həllini tələb edirlər.
“Azərbaycan Reallığı” yazıda adı çəkilən bütün şəxslərin mövqeyini işıqlandırmağa açıqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir