Xaricdən avtomobil gətirmək adı ilə dələduzluq – saxlanılan var, digər şəxslər azadlıqdadır

Redaksiyamıza müraciət edən vətəndaşlar bildirir ki, xaricdən avtomobil gətirmək vədi ilə onlardan külli miqdarda pul alınıb, lakin öhdəliklər yerinə yetirilməyib.

İddialara görə, bu əməli törədən Kərimov Orxan İsimxan oğlu Xətai Rayon Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılıb və hazırda həbsdədir. Lakin zərərçəkənlər bildirir ki, fəaliyyət göstərən şirkət rəsmi olaraq onun bacısının adına qeydiyyatdadır və bu işdə adı hallanan digər şəxslər hələ də azadlıqdadır.

Müraciət edən vətəndaşlardan İsmayıllı Elgiz Kamil oğlu 23 min manat, Məmmədov Elvin Elşən oğlu isə 30 min manat vəsait verdiyini bildirir.

Əsgərov Cəlil Faiq Oğlu isə ümumilikdə 23220 Manata qədər vəsait verdiyini bildirir.

Şikayətçilər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən məsələnin hərtərəfli araşdırılmasını və digər şəxslərin də məsuliyyətə cəlb olunmasını tələb edirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir