Xırdalanda avtoxuliqanlıq edən sürücü ilə bağlı inanırıq ki, tədbir görüləcək…

Xırdalan şəhərində yaşayan və sosial şəbəkələrdə tez-tez avtoxuliqanlıq hərəkətləri, eləcə də avtomobilinə etdiyi qanunsuz konstruksiya dəyişiklikləri ilə və avtomobilin dövlət qeydiyyat nişanını çıxarmağı ilə gündəmə gələn bir şəxs barədə ictimaiyyət ciddi narahatlıq ifadə edir.

Məlumatlara görə, 77-EX-312 dövlət qeydiyyat nişanlı “VAZ 2107” markalı avtomobil idarə edən həmin şəxs Xırdalan yolunda dəfələrlə təhlükəli manevrlər etməklə, digər hərəkət iştirakçılarının həyatına və sağlamlığına birbaşa təhlükə yaradıb. Onun davranışları “Yol hərəkəti haqqında” Qanunun tələblərinə və inzibati qaydalara açıq-aşkar ziddir.

Avtoxuliqanlıqla yanaşı, həmin şəxsin ictimai etimadı zədələyən digər əməlləri barədə də məlumatlar daxil olub. Belə ki, vətəndaşların şikayətlərinə görə, o, müxtəlif şəxslərdən 20 manat və digər məbləğlərdə borc alaraq “bir neçə dəqiqəyə, yaxud yarım saata qaytaracağam” vədi versə də, pulu qaytarmadan yoxa çıxır. Bu davranışlar həm sosial etikasızlıq, həm də dələduzluq niyyətinə bənzər hərəkətlər kimi qiymətləndirilir.

Məlumdur ki, avtoxuliqanlıq yalnız inzibati məsuliyyət daşımır, həm də cəmiyyət üçün təhlükəli nəticələr doğura bilən əməllər sırasında yer alır. Belə şəxslərin yol hərəkətində törətdiyi pozuntuların vaxtında qarşısının alınmaması digər vətəndaşların həyatını təhlükə altına qoyur.

İctimaiyyət inanır ki, Daxili İşlər Nazirliyi və aidiyyəti qurumlar bu məsələ ilə bağlı təxirəsalınmaz araşdırma aparacaq, qanunsuz konstruksiya dəyişiklikləri ilə hərəkət edən avtomobil dərhal saxlanılacaq, həmçinin sürücünün digər qanunazidd əməlləri araşdırılacaqdır.

Xüsusi.Tv olaraq bildiririk ki, qanun qarşısında hər kəs bərabərdir və vətəndaşların təhlükəsizliyi heç kimin şəxsi həvəsinə və məsuliyyətsizliyinə qurban verilə bilməz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir