Zərdabda beş nəfərin həyatını itirdiyi ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.
Xüsusi.tv-nin sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, sentyabrın 8-də saat 23:20-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Zərdab rayonu ərazisindən yol-nəqliyyat hadisəsi səbəbi ilə çağırış qeydə alınıb.
“Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Biri azyaşlı olmaqla, üç nəfər (bir qadın, iki kişi) Zərdab Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Müxtəlif bədən xəsarətləri diaqnozu təyin olunan şəxslərə zəruri tibbi xidmətlər göstərilib.
“Vəziyyəti ağır qiymətləndirilən 1997-ci il (qadın) və vəziyyəti stabil qiymətləndirilən 1988-ci il təvəllüdlü (kişi) pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilən 2020-ci il təvəllüdlü pasiyent isə (kişi cinsli) Bakı şəhərində fəaliyyət göstərən özəl tibb müəssisəsinə təxliyə olunub.
Qeyd edək ki, təcili tibbi yardım briqadası tərəfindən beş nəfərin (iki kişi, üç qadın) həkiməqədər ölüm faktı qeydə alınıb”, – deyə məlumatda bildirilir




