“Ermənistanda saxlanılan Azərbaycan hərbçisinin yaxın vaxtlarda heç bir qarşılıqlı addım gözlənilmədən, “xoşməramlı jest” kimi Bakıya təhvil verilməsi ehtimalı var”.
Xüsusi.tv Ermənistan mediasına istinadən xəbər verir ki, bu fikri erməni vəkil Ovannes Xudoyan irəli sürüb.
Hüquqşünasın sözlərinə görə, hadisənin təfərrüatını və irəli sürülən ittihamların reallığa nə dərəcədə uyğun olduğunu qəti şəkildə qiymətləndirmək üçün hələ tezdir. Xudoyan istintaqın ilk günlərində yayılan ziddiyyətli məlumatlara diqqət çəkib.
Vəkil hesab edir ki, mövcud vəziyyət nəzərə alınmaqla, hərbçiyə adam öldürməyə cəhdə qədər daha ağır maddələrlə ittihamlar verilə bilərdi. Bununla yanaşı, o, əsgərin yolu azaraq, yoxsa qəsdən sərhədi keçdiyinin istintaq gedişində tam aydınlaşacağını vurğulayıb


