Ermənistan Təhlükəsizlik Şurasının katibi Azərbaycana gəlir

“Görüş dekabrın əvvəlində olacaq”.

Oxu.Az xəbər verir ki, bu barədə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Azərbaycana gözlənilən səfəri ilə bağlı yerli KİV-ə danışarkən bildirib.

“Ancaq görüş Bakıda olmayacaq. Düşünürəm ki, ya Gəncədə, ya da başqa bir şəhərdə olacaq, ancaq Bakıda olmayacaq”, – deyə A.Simonyan bildirib.