Son illərin sevilən ifaçısı Şəbnəm Tovuzlu bir daha öz açıq sözlülüyü ilə diqqət mərkəzinə düşüb.
Məşhur sənətçi Xüsusi.Tv-yə eksklüziv açıqlamasında YouTube-də trend bölməsinin ləğv edilməsinə münasibət bildirib, həmçinin bəzi ifaçılara və sosial media fenomenlərinə açıq mesaj ünvanlayıb.> “YouTube-də trend bölməsi ləğv olunsa nə olacaq ki? Mənə nə ziyanı var? Əksinə, sevinirəm. Mənim mahnılarım o trend bölməsi olmadan da milyonlara çatır,” – deyə sənətçi bildirib.“Ömrüm günüm” Bodrumda 30 min dollara çəkildi, 24 saata trend 1 oldu!
Şəbnəm Tovuzlu trend anlayışına fərqli yanaşır. Onun sözlərinə görə, trenddə olmaq sadəcə YouTube sıralamasında yer almaqla ölçülməməlidir:> “Mənim ‘Ömrüm günüm’ mahnım Bodrumda çəkilib, 30 min dollardan çox xərc çəkilib. Klip yayımlandığı ilk 24 saatda trend 1 oldu və 1 milyon baxış aldı. İndi həmin klipin 31 milyon baxışı var. Bu nəticə pul və reklamla alınmayıb, xalqın sevgisidir.”“Bəziləri pul basıb trendə düşür!”Sənətçi açıq şəkildə bəzi həmkarlarını da hədəfə alıb:> “Tik-tokerlərə, səhifələrə pul verib mahnılarınızı zorla paylaşdırırsız, sonra da deyirsiz ki trenddəyik. Bu trend deyil. Əgər musiqiniz avtobusda, restoranda, toyda, avtomobildə, insanların içində eşidilirsə, bax o zaman sən trendlərdəsən. Qalanı sadəcə görüntü yaratmaqdır!”“Mən trend olmayanda da milyonlara çatmışam!”Mahnıları ilə uzun illərdir gündəmdə qalan Tovuzlu bu gün də əminliklə deyir ki, trend olmağa ehtiyac duymur:> “Mən trend anlayışına qapılıb qalmıram. Mahnılarım onsuz da milyonlarla izlənir. Hələ o vaxtlar YouTube-də trend bölməsi belə yox idi. Amma mahnılarım viral olurdu. Xalq məni sevir, bu mənə bəs edir!
”Şəbnəm Tovuzlu bu gün Azərbaycan musiqi səhnəsində ən çox izlənən və abunəsi olan müğənnilərdən biri olduğunu deyir:> “Talıb Tale, Hüseyn Mehdizadə və mən – hazırda YouTube-də ölkənin ən çox abunəçisi olan sənətçiləriyik. Bu sadəcə say deyil, bu xalqın dəstəyidir. Bu, sevgi və diqqətin göstəricisidir!”“Məni ən çox sevənlər: Rusiya, Türkiyə və İran azərbaycanlılarıdır!”Sənətçi onu sevənlərin təkcə Azərbaycanda olmadığını vurğulayır:> “Məni xalqım sevir. Amma ən çox sevdiklərim və mənə ən çox sevgi göstərənlər Rusiyada yaşayan azərbaycanlılardır.
Türkiyə xalqı da mənim musiqilərimə maraq göstərir. İran azərbaycanlıları isə musiqilərimi əzbər bilir. Bu sevgi qarşılıqlıdır və mənim üçün hər şeydən önəmlidir.”Xüsusi.Tv olaraq qeyd edək ki, Şəbnəm Tovuzlunun bu fikirləri sosial mediada geniş rezonans doğuracaq tərzdədir. Açıq və cəsarətli fikirləri ilə o, təkcə sənət dünyasında yox, həm də cəmiyyət arasında geniş müzakirə mövzusuna çevrilməkdə davam edir.









