Abdulla Tağıyev “SOCAR Petroleum” QSC-nin baş direktoru vəzifəsindən azad olunub

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ölkədə neft və neft məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan “SOCAR Petroleum” QSC-nin baş direktoru Abdulla Tağıyev işdən azad olunub.

“Bakı Səsi” “Unikal”a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Qeyd edək ki, baş direktor Azərbaycanda tanınmış modellərdən birinə 2 milyon manat xərcləyib və ona son model “Mercedes Gelandewagen” markalı avtomobil də hədiyyə edib.

Bildirək ki, A. Tağıyev bu vəzifəyə 2022-ci ilin may ayında təyin olunmuşdu.

A.Tağıyev iqtisadiyyat naziri Mikayıl Cabbarova yaxınlığı ilə seçilir. Belə ki, o M. Cabbarovun Təhsil və Vergilər nazirliklərində çalışdığı müddətdə müşaviri olub.
UNİKAI

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir