Tərtərda qəza – 3 nəfər xəstəxanalıq oldu

Tərtərdə iki minik avtomobilinin iştirakı ilə qəza baş verib.

Xüsusi.Tv xəbər verir ki, yol-nəqliyyat hadisəsi rayonun Azad Qaraqoyunlu kəndi ərazisindən qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil “Mitsubishi” markalı avtomobillə toqquşub. 

Qəza zamanı 3 nəfər müxtəlif dərəcəli xəsarət alaraq Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir