Gəncə şəhərində iki nəqliyyat vasitəsinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Xüsusi.Tv-in əldə etdiyi məlumata görə, hadisə nəticəsində 1978-ci il təvəllüdlü Elnurə Nadirova və 1983-cü il təvəllüdlü Vasif İsmayılov xəsarət alıblar.
Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər.
Faktla bağlı araşdırma aparılır.




