Şuşada vətəndaşlar avtomobildə köməksiz vəziyyətdə qalıblar

Şuşa şəhərində yolların buz bağlaması səbəbindən vətəndaşlar avtomobildə köməksiz vəziyyətdə qalıblar.

Xüsusi.Tv xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şuşa şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Yanğınsöndürən-xilasedicilər tərəfindən yolun buz bağlaması səbəbindən sürüşərək yol kənarında qalmış “Hyundai” markalı minik avtomobilinin hərəkəti təmin edilib və sərnişinlərinə müvafiq köməklik göstərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir